Yuxarı

Diaspor nümayəndələri ATƏT PA sədrinin müavini ilə görüşüblər

Kent Herstedtə “Xocalıda hərbi cinayətin şahidləri. Ermənistan müttəhimlər kürsüsündə” kitabı bağışlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ İsveç Azərbaycanlılar Konqresinin nümayəndələri və “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov İsveç parlamentinin (Riksdaq) binasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (ATƏT PA) sədrinin müavini Kent Herstedtlə görüşüblər.

Söhbət zamanı Ket Herstedat Azərbaycanla əməkdaşlığın inkişafında və ölkəmizin Avropa İttifaqına gələcək inteqrasiyasında maraqlı olduğunu dilə gətirib. O, azərbaycanlıların İsveçin ictimai-siyasi və mədəni həyatında iştirakını yüksək qiymətləndirib. ATƏT PA sədrinin müavini Azərbaycana son səfəri və keçirdiyi görüşlər haqqında da danışıb. K.Herstedat Avropa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüş iştirakçıları Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunublar. İsveç Azərbaycanlılar Konqresinin üzvləri 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı keçirdiyi qeyri-insani hərbi əməliyyat barədə danışıblar. Diaspor təşkilatının nümayəndələri dünya ictimaiyyətinin bu faciəli hadisəyə layiqli qiymət verəcəyinə ümid etdiklərini bildiriblər.

Sonda ATƏT PA sədrinin müavini Kent Herstedtə təqdimat mərasimi ötən həftə Stokholmda olmuş “Xocalıda hərbi cinayətin şahidləri. Ermənistan müttəhimlər kürsüsündə” kitabı bağışlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi