Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək Musa Quliyev Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu izləyəcək
Xarici siyasət
8 Dekabr , 2016 10:31
Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin deputatı Musa Quliyev sabah Qırğızıstana gedəcək.

Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib. 

M.Quliyev MDB Parlament Assambleyasının və MDB-nin İcraiyyə Komitəsinin xətti ilə Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

Son xəbərlər

Orphus sistemi