Yuxarı
    Bağlamaq

    Deputat: "İordaniya Azərbaycan ilə sıx əlaqələrin saxlanılmasında maraqlıdır"

    2008-ci ildə Bakıda olmuşam və şəhər barəsində əla təəssüratım var

    Daxla, Mərakeş. 18 mart. REPORT.AZ/ "Hesab edirəm ki, Azərbaycanla çox yaxşı münasibətlərimiz var. 2008-ci ildə Bakıda olmuşam və şəhər barəsində əla təəssüratım var".

    Bunu "Report"un Mərakeşə ezam olunmuş müxbirinə açıqlamasında İordaniya Senatının üzvü Həsən Əbu Nima (Hasan Abu Nimah) deyib.

    O, İordaniyanın Azərbaycan ilə sıx əlaqələrin saxlanılmasında maraqlı olduğunu qeyd edib.

    İslam dəyərlərini təşviqində iki ölkənin birgə hərəkət etməsinin mümkünlüyü barədə danışan deputat bunun üçün bütün maraqlı tərəflərin ciddi səylər göstərməsinin tələb olunduğunu bildirib: "Beynəlxalq təşkilatlar dünyada heç bir terror təşkilatının olmayacağı vəziyyəti yarada bilməyib. İslamın uzun müddətdir mövcud olan terrorla heç bir əlaqəsi yoxdur. Müəyyən dövlətlərin siyasi iradəsinin olmaması da ekstremist qrupların, terrorun, insanlarda ümidsizliyin yaranmasına gətirib çıxarır. Buna görə də yalnız İordaniya və Azərbaycanın səyləri kifayət deyil. İordaniya bu qeyri-sabit regionda sabitliyini bacarıqlı idarəçilik və demokratik təsisatlar sayəsində qorumağı bacarıb".

    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Həsən Əbu Nima vurğulayıb ki, ölkəsi yarandığı vaxtdan bu yana mübahisələrin sülh yolu ilə həllinə tərəfdar olub: "Sizdə siyasi iradə və bu problemi həll edə biləcək bacarıqlı rəhbərlik var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi