Deputat: "Azərbaycanın İtaliyadakı səfiri bizə qarşı laqeydlik etdi"

Deputat: "Azərbaycanın İtaliyadakı səfiri bizə qarşı laqeydlik etdi" Oqtay Əsədov: "Biz bunu araşdıracağıq ki, nə məsələdir"
Xarici siyasət
16 Dekabr , 2014 12:56
Deputat: Azərbaycanın İtaliyadakı səfiri bizə qarşı laqeydlik etdi

Bakı. 16 dekabr. REPORT.AZ/ "Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var". "Report" xəbər verir ki, bunu millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdəki səfirlər fəaliyyət göstərdikləri ölkəyə səfər edən azərbaycanlı parlament nümayəndələrinə etinasız yanaşırlar: “Azərbaycan parlamentinin nümayəndələri İtaliyada möhtəşəm beynəlxalq tədbirdə iştirak etdilər. Lakin bu ölkədə fəaliyyət göstərən səfirimiz nəinki deputatları, hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını belə müşayiət etmədi. Belə ki, o, nümayəndə heyəti ilə salamlaşmadı, səfirliyə çay içməyə dəvət etmədi, Azərbaycan nümayəndələrinə qarşı belə laqeydlik qəbul edilməzdir”.

Spiker Oqtay Əsədov cavab olaraq deyib ki, Azərbaycanın İtaliyadakı səfiri təcrübəli diplomatdır: “Onun İtaliya ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsində böyük xidmətləri var. Buna baxmayaraq, biz bunu araşdıracağıq ki, nə məsələdir”.

Millət vəkili, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın İtaliyadakı səfiri Vatikanda səfirlik funksiyasını yerinə yetirə bilməz: “Bu, qarşılıqlı razılaşma ilə təsdiq olunub. Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyovdur. İtaliyadakı səfirimiz Vaqif Sadıqov sözügedən tədbirə qatılsa da səfir kimi çıxış edə bilməzdi”.

Son xəbərlər

Orphus sistemi