Baş müşavir: "ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır"

Baş müşavir: "ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır" "ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır".
Xarici siyasət
28 Noyabr , 2022 19:40
Baş müşavir: ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır

"ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır".

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi