Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib

Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Xarici siyasət
709
18 Yanvar , 2017 21:05
Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi