Daimi nümayəndə: BMT-nin Ali komissarı Ermənistandan öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir

Daimi nümayəndə: BMT-nin Ali komissarı Ermənistandan öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir “Məcburi köçkünlərin təhlükəsizlik geri qayıtmasını təmin etmək üçün hazırda Azərbaycan fəal şəkildə azad edilmiş ərazilərin bərpası ilə məşğuldur. Lakin Ermənistan tərəfindən quraşdırılmış minalar Azərbaycan əhalisinin həyatı üçün təhlükə törədir”.
Xarici siyasət
104
24 İyun , 2021 18:29
Daimi nümayəndə: BMT-nin Ali komissarı Ermənistandan öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir
Vaqif Sadıqov

“Məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını təmin etmək üçün hazırda Azərbaycan azad edilmiş ərazilərin bərpası ilə fəal şəkildə məşğuldur. Lakin Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan əhalisinin həyatı üçün təhlükə törədir”.

Report” xəbər verir ki, bu bəyanatla Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov İnsan Hüquqları üzrə Şuranın 47-ci sessiyasında çıxış edib.

Diplomatın sözlərinə görə, BMT-nin İnsan hüquqları üzrə ali komissarı Ermənistandan öz öhdəliklərini yerinə yetirməyi və minaların xəritəsini dərhal Azərbaycana təhvil verməyi tələb etməlidir.

“Azərbaycan konstruktiv dialoq vasitəsilə və Ermənistan-Azərbaycan arasında 30 illik münaqişəyə son qoymuş 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra regionda yaranmış yeni reallıqlar əsasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın gələcək inkişafına çalışır. Bu yeni reallıqlar xüsusilə də Azərbaycan ərazisindəki kommunikasiyalarla bağlı Komissarlıqda nəzərə alınmalıdır”, - o əlavə edib.

Diplomat xatırladıb ki, ərazi bütövlüyünə hörmət və ölkələrin daxili işlərinə qarışmama BMT-nin Nizamnaməsində təsbit edilmiş çox vacib prinsiplərdir.

Son xəbərlər

Orphus sistemi