Yuxarı

"Daily Express": Azərbaycan terror aktivliyi riski orta olan ölkələr siyahısına daxildir

Britaniyanın Daily Express qəzeti turistlər üçün təhlükəsizlik baxımından Avropa ölkələrinin reytinqini tərtib edib

Bakı. 29 iyul. REPORT.AZ/ Böyük Britaniyanın "Daily Express" qəzeti Avropada turistlərin təhlükəsizlik baxımından ölkələrin reytinqini tərtib edib.

"Report" xəbər verir ki, məlumatlar Böyük Britaniya Xarici İşlər Nazirliyindən alınmış informasiya əsasında hazırlanıb və bu yay ölkə xaricində istirahət etmək qərarına gəlmiş britaniyalılar üçün tövsiyə xarakteri daşıyır.

Ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb.

Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, Bosniya və Herseqovina terror aktivliyi riski orta olan ölkələr siyahısına daxil edilib.

"Daily Express"in reytinqində terror aktivliyi riski aşağı olan ölkələr isə Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Çernoqoriya, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiyadır.

Andorra, Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marino, Sloveniya və İsveçrə isə təhlükəsiz ölkələr kateqoriyasına aid edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi