Bakı. 26 may. REPORT.AZ/ Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm”.