Finlandiya Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşıram"

Finlandiya Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşıram" Strasburq. 23 yanvar. REPORT.AZ/ Finlandiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün apardığı fəaliyyətini dəstəkləyir.
Xarici siyasət
23 Yanvar , 2019 16:32
Finlandiya Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşıram
0 : 00
0 : 00

Strasburq. 23 yanvar. REPORT.AZ/ Finlandiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün apardığı fəaliyyətini dəstəkləyir.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, bunu Avropa Şurası Parlament Assableyasının (AŞPA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib.

Finlandiya Prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşır. O qeyd edib ki, əvvəllər o bu məsələdə optimist olmasa da, bu gün buna çox inanır. Lakin Prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan və Azərbaycanın hər zaman olduğu kimi, bu gün də əsas aktorlar olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi