Dağıstanın başçısı: "Azərbaycanla əlaqələrimizi inkişaf etdirməkdə davam edəcəyik"

Dağıstanın başçısı: "Azərbaycanla əlaqələrimizi inkişaf etdirməkdə davam edəcəyik" Ramazan Abdulatipov Azərbaycanda yaşayan həmvətənləri ilə görüşüb
Xarici siyasət
12 May , 2016 12:11
Dağıstanın başçısı: Azərbaycanla əlaqələrimizi inkişaf etdirməkdə davam edəcəyik

Bakı. 12 may. REPORT.AZ/ "Azərbaycanla əlaqələrimizi inkişaf etdirmişik və inkişaf etdirməyə də davam edəcəyik".

"Report" xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdullatipov Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanda yaşayan soydaşları ilə görüşündə deyib.

O, sərhəddə piyada keçidi üçün şəraitin yaxşılaşdırılmasının zəruri olduğunu vurğulayıb. "Bizim hələ həll ediləcək problemlərimiz var. Amma bu cür məsələlər qismən öz həllini tapır", - deyə, R.Abdulatipov bildirib.

Son xəbərlər

Orphus sistemi