Dağıstanın başçısı Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına sərmayə yatırmağa çağırıb

Dağıstanın başçısı Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına sərmayə yatırmağa çağırıb Ramazan Abdulatipov: "Dağıstanda terror təhlükəsinə qarşı mübarizə uğurla həyata keçirilir"
Xarici siyasət
12 May , 2016 13:00
Dağıstanın başçısı Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına sərmayə yatırmağa çağırıb

Bakı. 12 may. REPORT.AZ/ "Dağıstanda terror təhlükəsinə qarşı mübarizə uğurla həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdullatipov Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanda yaşayan həmvətənləri ilə görüşdə deyib.

"Son illərdə Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölüm faktları çoxalıb. Keçən il hüquq-mühafizə orqanlarının 14 əməkdaşı ölüb. Lakin artıq vəziyyət yaxşılaşıb. Mövcud təhdidlərə baxmayaraq, regionumuz sakit bölgəyə çevrilib. İndi Dağıstan əvvəlki illərlə müqayisədə olduqca fərqli bir respublikadır", - deyə Dağıstanın başçısı bildirib.

O, bu baxımdan Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına böyük sərmayə yatırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi