Dağıstan Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Dağıstan Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir Dağıstan Milli Siyasət Nazirliyi Azərbaycan, Türkiyə, İran və Qazaxıstanla əlaqələri möhkəmləndirməyi və genişləndirməyi planlaşdırır
Xarici siyasət
5 Yanvar , 2017 11:53
Dağıstan Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu il ərzində Dağıstan Milli Siyasət Nazirliyi Xəzəryanı ölkələrlə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

"Report" Dağıstan KİV-inə istinadən xəbər verir ki, nazirliyin nümayəndələri mətbuat konfransında qurumun Azərbaycan, Türkiyə, İran və Qazaxıstanla əlaqələri möhkəmləndirməyi və genişləndirməyi, eləcə də Hindistan, Yaponiya və Çin ilə əməkdaşlıq sazişinin imzalanmasını planlaşdırdığını bildiriblər.

Nazirlikdən vurğulayıblar ki, etno-mədəni istiqamətli layihələrə və qeyri-kommersiya ictimai təşkilatlarının fəaliyyətinə dəstək verilməsi davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi