​Dağ Yəhudiləri İcmasının sədri: "Azərbaycanın 1 milyon qaçqını olanda Avropa ağzını açmadı"

​Dağ Yəhudiləri İcmasının sədri: "Azərbaycanın 1 milyon qaçqını olanda Avropa ağzını açmadı" "Ona görə də buna təəccüblənmək lazım deyil"
Xarici siyasət
18 Fevral , 2016 03:57
​Dağ Yəhudiləri İcmasının sədri: Azərbaycanın 1 milyon qaçqını olanda Avropa ağzını açmadı

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycanın 1 milyon qaçqın və köçkünü olanda böyük bir qitə ağzını açmadı. İndi isə siz həmin qaçqınlardan dad edirsiniz".

"Report" xəbər verir ki, bu sözləri fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışı zamanı Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib.

"Biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır. Biz İsveçrədə olanda qaçqınlardan şikayət edildi. Onda biz hamımız bir ağızdan dedik ki, Azərbaycan kiçik ölkədir. Azərbaycanın 1 milyon qaçqın və köçkünü olanda böyük bir qitə ağzını açmadı. İndi isə siz həmin qaçqınlardan dad edirsiniz. Bəs, nə istəyirdiniz? Bizim təqsirimiz nədir ki, qapılarımızın hər birindən Allaha şükür 3-4 övlad çıxır. Amma sizin qapılardan kim çıxır? Övladdan başqa hər şey. Ona görə də buna təəccüblənmək lazım deyil. Bunlar onsuz da 1-2 ildən sonra sizə lazım olacaq. Çünki işçi qüvvəniz də yoxdur", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi