Bakı. 30 dekabr. REPORT.AZ/ ATƏT Daimi Şurasının Serbiyanın sədrliyi ilə ilk iclası yanvarın 15-də keçiriləcək. "Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirib.
O qeyd edib ki, Daimi Şuranın bu iclası Serbiyanın ATƏT-də sədrliyi altında keçiriləcək ilk iclas olacaq.
İ.Daçiç bildirib ki, Serbiya 2015-ci ildə ATƏT-də sədrliyi çərçivəsində Vladivostokdan Vankuverə qədər olan təşkilat məkanında münaqişələrin həlli üzrə bütün mümkün tədbirləri görəcək.
Serbiya yanvarın 1-dən etibarən bir il müddətinə ATƏT-ə sədrlik edəcək.