ÇXR-in sədr müavini: "Azərbaycan "Bir qurşaq - bir yol" nəqliyyat layihəsində çox mühüm yerə malikdir"

ÇXR-in sədr müavini: "Azərbaycan "Bir qurşaq - bir yol" nəqliyyat layihəsində çox mühüm yerə malikdir" "Azərbaycan və Çin vacib regional layihələri birgə həyata keçirə bilər"
Xarici siyasət
16 Mart , 2018 17:41
ÇXR-in sədr müavini: Azərbaycan Bir qurşaq - bir yol nəqliyyat layihəsində çox mühüm yerə malikdir

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycan "Bir qurşaq - bir yol" nəqliyyat layihəsində çox mühüm yerə malikdir".

"Report"un verdiyi xəbərə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində Çin Xalq Respublikası sədrinin müavini Li Yuançao jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu amil Azərbaycanın çox əlverişli və strateji mövqeyi ilə bağlıdır.

Li Yuançao həmçinin bildirib ki, Azərbaycan və Çin vacib regional layihələri birgə həyata keçirə bilər və ölkələr arasında əlaqələr çox yüksək səviyyədədir. 

Son xəbərlər

Orphus sistemi