Cozep Borell: "Şərq Tərəfdaşlığı bizim üçün əsas məsələdir"

Cozep Borell: "Şərq Tərəfdaşlığı bizim üçün əsas məsələdir" Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri arasındakı qeyri-rəsmi görüş koronavirusla bağlı vəziyyətin müzakirəsi, həmçinin gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımdan əhəmiyyətlidir.
Xarici siyasət
11 İyun , 2020 20:29
Cozep Borell: Şərq Tərəfdaşlığı bizim üçün əsas məsələdir

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri arasındakı qeyri-rəsmi görüş koronavirusla bağlı vəziyyətin müzakirəsi, həmçinin gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımdan əhəmiyyətlidir.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell bildirib.

“Hazırkı çətin dövrdə bizə etimad edə bilərsiniz, sizi dəstəkləyirik. Amma bununla yanaşı, gələcəyə də baxırıq, gələcək əməkdaşlığımızı, gələcək siyasətimizi necə quracağımızı müzakirə edə bilərik. Aİ "Şərq Tərəfdaşlığı" ölkələrilə hər addımda çiyin-çiyinədir. "Şərq Tərəfdaşlığı" proqramı müvəffəqiyyət tarixidir, bütün vətəndaşlarımızın xeyri naminə bu müvəffəqiyyət tarixinin bundan sonra da davam etməsini istəyirik”, - diplomat qeyd edib.

Aİ-nin genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varheyli də xarici işlər nazirləri arasında bugünkü görüşün Şərq Tərəfdaşlığının 18 iyun zirvə görüşünə hazırlıq məqsədi daşıdığını diqqətə çatdırıb: “Avropa İttifaqı üçün "Şərq Tərəfdaşlığı" proqramı öncül məsələ olub və beləcə də qalır”.

Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ildən həyata keçirilən “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi