Corc Dik: “İsrail Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsini planlaşdırır"

Corc Dik: “İsrail Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsini planlaşdırır" İsrail səfiri: “Azərbaycan-İsrail münasibətlərinin əsasını iki sahə - energetika və təhlükəsizlik təşkil edir”
Xarici siyasət
219
24 Yanvar , 2020 11:23
Corc Dik: “İsrail Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsini planlaşdırır
Corc Dik / Report / Sultana Ahmadbayli

"Azərbaycan-İsrail münasibətlərinin əsasını iki sahə - energetika və təhlükəsizlik təşkil edir”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik mətbuat konfransında deyib.

“İsrail neft idxalının böyük hissəsini Azərbaycandan edir. Bundan əlavə, terrorizmlə mübarizə sahəsində yaxından əməkdaşlıq edirik”, - o bildirib.

Səfirin sözlərinə görə, tərəflər ölkələr arasındakı dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində daha çox səy göstərməlidir.

"Həmçinin ölkələrimiz, xalqlarımız və işgüzar dairələr arasındakı əlaqələr də dərinləşir, inkişaf edir. Turizm ikitərəfli əlaqələrin inkişafında yeni və perspektivli istiqamətdir. 2016-cı ildə Azərbaycana 10 min turist gəlmişdisə, 2019-cu ildə bu rəqəm 60 min olub”, - diplomat vurğulayıb.

Səfir qeyd edib ki, iki ölkə arasında aviasiya sahəsində əldə olunan saziş bu gün hər iki istiqamətdə həftədə beş birbaşa uçuş həyata keçirilməsinə imkan verir.

“Yaxın vaxtlarda bu rəqəmi yeddiyə çatdırmaq niyyətindəyik. İsraillilər Azərbaycana çox sayda səfər edirlər. Onları mədəniyyət, mətbəx və insanların istiliyi cəlb edir”, - C.Dik deyib.

Diplomat həmçinin tərəflərin Azərbaycan vətəndaşları üçün viza alınması prosedurlarının sadələşdirilməsi istiqamətində çalışdıqlarını bildirib: “Bu mövzuda Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edirik. Bundan əlavə, bu prosesin rəqəmsallaşdırılması barədə düşünürük”.

Son xəbərlər

Orphus sistemi