Bakı. 24 oktyabr. REPORT.AZ/ "ABŞ enerji resurslarının alternativ təchizatçısı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
O qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə görüşdə geniş müzakirə olunub: "Azərbaycanın beynəlxalq enerji bazarlarındakı iştirakı məsələsini müzakirə etdik. O cümlədən Cənub Qaz Dəhlizi layihəsi xüsusilə əhəmiyyətə malikdir. Bizim üçün Azərbaycanın bu sferada aktiv rolunun qorunması böyük önəm daşıyır".