Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi
"Report"un xəbərinə görə, Ə.Əhmədov nümayəndə heyətinin Azərbaycana səfərini ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirib.
Baş Nazirin müavini qeyd edib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: "Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahəri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək".
Ə.Əhmədov bildirib ki, Azərbaycanla Çinin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən birini bu ölkələrin hakim partiyaları arasında formalaşan dialoq təşkil edir.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ə.Əhmədova səmimi qəbula görə təşəkkürünü bildirib.
S.Tao deyib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur.
"Azərbaycanın əldə etdiyi uğurlara görə sevinirik, sosial iqtisadi inkişafı yüksək dəyərləndiririk. Çin və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmətə söykənən münasibətlərin daha da inkişaf edəcəyinə əminəm" - deyə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri qeyd edib.
Görüşdə Azərbaycan



