Çin Xalq Respublikasının sədri​: "Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm"

Çin Xalq Respublikasının sədri​: "Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm" Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib
Xarici siyasət
28 May , 2016 14:40
Çin Xalq Respublikasının sədri​: Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm

Bakı. 28 may. REPORT.AZ/ Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və Hökumətinə Çin xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram".

Son xəbərlər

Orphus sistemi