Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
Nazirlikdən "Report"a verilən məlumata görə, C.Sidi Azərbaycana ikinci səfərinin Birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, bu genişmiqyaslı idman tədbirinin Azərbaycan tərəfindən uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nəzərəçarpacaq dərəcədə inkişafının dövlətçilik qüdrətinin artmasına bariz nümunə olduğunu qeyd edən C.Sidi bu xüsusda ümummilli lider
Görüş zamanı həmçinin BMT-nin Təhlükəsizlik Şurasının islahatlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C.Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu xüsusda cərəyan edən proseslər barədə öz ölkəsinin mövqeyini ifadə edib.
Nazir E.Məmmədyarov beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verib. O, münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də icra edilməmiş qalmasına istinad edərək, Azərbaycan tərəfinin BMT Təhlükəsizlik Şurasının effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu bildirib.
Çin nümayəndəsi bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamlərinin icra edilməsinin və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.
Görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.