Ceyhun Bayramov “Xəzər Siyasət Mərkəzi”nin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov “Xəzər Siyasət Mərkəzi”nin nümayəndələri ilə görüşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
9 Mart , 2022 17:58
Ceyhun Bayramov “Xəzər Siyasət Mərkəzi”nin nümayəndələri ilə görüşüb
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Nazir nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə Azərbaycanın sədrlik etdiyi qurumlarda fəaliyyət, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, Azərbaycanın bu xüsusda irəli sürdüyü beynəlxalq təşəbbüslər və digər məsələlər ilə bağlı qarşı tərəfi məlumatlandırıb.

C.Bayramov bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanın yaranması, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin inkişafı, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi