Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşəcəyi ölkə məlum olub

Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşəcəyi ölkə məlum olub Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək.
Xarici siyasət
15 İyul , 2022 18:38
Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşəcəyi ölkə məlum olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək.

Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür. Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.

Son xəbərlər

Orphus sistemi