Ceyhun Bayramov Türkiyə XİN başçısına zəng edib

Ceyhun Bayramov Türkiyə XİN başçısına zəng edib 16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub
Xarici siyasət
16 Fevral , 2022 16:11
Ceyhun Bayramov Türkiyə XİN başçısına zəng edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi