Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb 21 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub. Tərəflər, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın
Xarici siyasət
156
21 Mart , 2022 15:46
Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb

Martın 21-də xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Tərəflər Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi