Ceyhun Bayramov: "Peyvəndlərin dünyada ədalətli paylanması üçün təbliğat aparmağa davam edirik"

Ceyhun Bayramov: "Peyvəndlərin dünyada ədalətli paylanması üçün təbliğat aparmağa davam edirik" "Azərbaycan, pandemiyaya qarşı qlobal tədbirlərin səfərbər olunması üçün səylərin önündədir".
Xarici siyasət
30 İyun , 2021 14:45
Ceyhun Bayramov: Peyvəndlərin dünyada ədalətli paylanması üçün təbliğat aparmağa davam edirik

"Azərbaycan, pandemiyaya qarşı qlobal tədbirlərin səfərbər olunması üçün səylərin önündədir. Qoşulmama Hərəkatının Zirvə görüşü və bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının Dövlət və Hökumət Başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi buna yaxşı nümunə ola bilər. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında peyvəndlərin ədalətsiz paylanması və “peyvənd millətçiliyi” Azərbaycanı çox narahat edir".

"Report"un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

"Qoşulmama Hərəkatının sədri kimi və milli potensialımız daxilində, peyvəndlərin dünyada ədalətli paylanması üçün təbliğat aparmağa davam edirik. BMT İnsan Hüquqları Şurası yekdilliklə bütün ölkələrin peyvəndlərə ədalətli çıxışına dair Azərbaycan tərəfindən bu ilin mart ayında irəli sürülən qətnaməni qəbul etdi. Şəffaf və mütəşəkkil vaksinasiya normal həyata geri dönməyimizi və iqtisadi canlanmanı sürətləndirməyimizi təmin edə bilər", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi