2023-cü ildə müxtəlif beynəlxalq platformarda anti-Azərbaycan təşəbbüslərin qarşısı alınıb.
"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, il ərzində Azərbaycana qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilib.
"Ermənistanla Azərbaycan arasında suverenliyin qarşılıqlı tanınması ilə bağlı gündəlikdə daim irəliləyiş olub", - nazir vurğulayıb.