Ceyhun Bayramov: "Müharibə dövründə Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib"

Ceyhun Bayramov: "Müharibə dövründə Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib" "Müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək verib".
Xarici siyasət
11 noyabr 2021 08:24
Ceyhun Bayramov: Müharibə dövründə Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu

"Müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək verib".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb: "Bu müddət ərzində qardaşım Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mğvlud bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar verib. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk".

Son xəbərlər

Orphus sistemi