Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub “Təşəkkürlər, qardaşım. Sevincimiz bir, kədərimiz birdir”
Xarici siyasət
185
30 Noyabr , 2021 16:30
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, M.Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb.

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

C.Bayramov M.Çavuşoğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Azərbaycanın XİN başçısı öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.

16.22

“Təşəkkürlər, qardaşım. Sevincimiz bir, kədərimiz birdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.

Xatırladaq ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu "Qaraheybət"də baş verən helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi