Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Qarabağ bəyanatını müzakirə etdi

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Qarabağ bəyanatını müzakirə etdi Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazirlər bölgədə mövcud olan ca
Xarici siyasət
13 Yanvar , 2021 22:04
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Qarabağ bəyanatını müzakirə etdi
Mevlüt Çavuşoğlu və Ceyhun Bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi