Ceyhun Bayramov maltalı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb

Ceyhun Bayramov maltalı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb 12 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Malta Respublikasının xarici işlər naziri İan Borq ilə görüşüb.
Xarici siyasət
12 dekabr 2022 15:21
Ceyhun Bayramov maltalı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Maltanın xarici işlər naziri İan Borq ilə görüşdə həmkarına post-münaqişə dövründə Ermənistanın həyata keçirdiyi təxribatlar, o cümlədən mina təhlükəsi barədə məlumat verib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycan və Malta arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji, investisiya və s. sahələr üzrə ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacib olduğu bildirilib. Nazir həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atdığı addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Y.Borq Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərlə yanaşı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. İki ölkə arasında siyasi dialoqun inkişafında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi