Azərbaycanın XİN başçısı: "Erməni sakinlərin Xankəndi-Laçın yolundan istifadəsinə heç bir maneə yoxdur"

Azərbaycanın XİN başçısı: "Erməni sakinlərin Xankəndi-Laçın yolundan istifadəsinə heç bir maneə yoxdur" “Guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassızdır”.
Xarici siyasət
11 Yanvar , 2023 09:55
Azərbaycanın XİN başçısı: Erməni sakinlərin Xankəndi-Laçın yolundan istifadəsinə heç bir maneə yoxdur
Ceyhun Bayramov

“Guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassızdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında deyib.

Nazir qarşı tərəfə gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verib.

Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxlərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin dialoqa sadiqliyi və bölgədə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa daim hazır olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi