Ceyhun Bayramov Avstriyada ATƏT-in baş katibi ilə görüşəcək

Ceyhun Bayramov Avstriyada ATƏT-in baş katibi ilə görüşəcək Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb
Xarici siyasət
25 May , 2021 08:09
Ceyhun Bayramov Avstriyada ATƏT-in baş katibi ilə görüşəcək
Ceyhun Bayramov
0 : 00
0 : 00

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi