Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
Xarici siyasət
22 Yanvar , 2021 18:07
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibətilə səmimi təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi