Ceyhun Bayramov: "Ermənistanın Qarabağda yaşayan ermənilərlə bağlı tələbini qəbul etməyəcəyik"

Ceyhun Bayramov: "Ermənistanın Qarabağda yaşayan ermənilərlə bağlı tələbini qəbul etməyəcəyik" "Ermənistanın Qarabağın erməni azlığına xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın işlərinə qarışmağa bərabərdir".
Xarici siyasət
23 iyun 2023 08:30
Ceyhun Bayramov: Ermənistanın Qarabağda yaşayan ermənilərlə bağlı tələbini qəbul etməyəcəyik
Ceyhun Bayramov

“Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hansısa ilkin şərt rəsmi Bakı üçün qəbuledilməzdir: “Bu, Azərbaycanın daxili işidir. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir”.

Nazir bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi