Ceyhun Bayramov: "Ermənistan dialoq çağırışlarını qəbul etməlidir"

Ceyhun Bayramov: "Ermənistan dialoq çağırışlarını qəbul etməlidir" “Ermənistan dialoq çağırışlarını qəbul etməlidir”.
Xarici siyasət
17 Noyabr , 2021 13:43
Ceyhun Bayramov: Ermənistan dialoq çağırışlarını qəbul etməlidir
Ceyhun Bayramov

“Ermənistan dialoq çağırışlarını qəbul etməlidir”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bunu nə qədər tez anlasa, yeni dialoqları qəbul etsə və qonşuları ilə hörmətlə davransa, sərhədləri qəbul etsə, qonşu dövlətlərin torpaqlarına iddia etməsə, onda problem həll olunar: "Onlar 30 illik işğalçılıq siyasətlərinə baxsalar, Ermənistan hökuməti və xalqı üçün nələrə səbəb olduqlarını, hansı ağır nəticələr ortaya qoyduqlarını görəcəklər. İnanırıq ki, bu mövzu ilə bağlı düzgün nəticələr çıxarar, daha məntiqli addımlar atarlar”.

Son xəbərlər

Orphus sistemi