Ceyhun Bayramov: “Ermənistan cəmiyyəti təcavüz siyasətinin ağır nəticəsini görür”

Ceyhun Bayramov: “Ermənistan cəmiyyəti təcavüz siyasətinin ağır nəticəsini görür” “Qonşu dövlətlərə qarşı qanunsuz tələblərin irəli sürülməsi və bu cür addımların atılması siyasətinin heç bir perspektivi yoxdur".
Xarici siyasət
132
2 İyul , 2021 11:55
Ceyhun Bayramov: “Ermənistan cəmiyyəti təcavüz siyasətinin ağır nəticəsini görür”
Ceyhun Bayramov

“Qonşu dövlətlərə qarşı qanunsuz tələblərin irəli sürülməsi və bu cür addımların atılması siyasətinin heç bir perspektivi yoxdur. Ermənistanda bunun əksini düşününlər varsa onlar 30 illik təcavüz siyasətinin nəticəsi olaraq bugünki vəziyyətə nəzər salsınlar və nəticə etibarilə bunun Ermənistana nə verdiyini özləri təhlil etsinlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 2-də Bakıda qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, təcavüz siyasətinin bumeranq effekti verdiyini bildirib: “Biz uzun illər deyirdik ki, təcavüz siyasətinin sonu yoxdur, qonşularla münasibətlər normallaşmalıdır, ölkələr arasında beynəlxalq sərhədlər müəyyən edilməlidir. Ermənistan cəmiyyəti də bu siyasətin ağır nəticəsini görür”.

Son xəbərlər

Orphus sistemi