Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya səfəri çərçivəsində Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.
Xarici siyasət
22 iyun 2023 18:16
Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.

Son xəbərlər

Orphus sistemi