Ceyhun Bayramov BMT rəsmisi ilə videoformatda görüşüb

Ceyhun Bayramov BMT rəsmisi ilə videoformatda görüşüb Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib
Xarici siyasət
9 Mart , 2021 19:48
Ceyhun Bayramov BMT rəsmisi ilə videoformatda görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə videokonfrans formatında görüşü keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Videokonfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq Agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi