Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşüb Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb
Xarici siyasət
104
11 Mart , 2022 15:07
Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycanın BMTQAK ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Filippo Qrandi ətraflı məlumata görə öz təşəkkürünü ifadə etdi və ölkəmizin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi.

Tərəflər məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Görüşdə, həmçinin regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi