Ceyhun Bayramov: “Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”

Ceyhun Bayramov: “Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik” “Görüş zamanı həmkarıma keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aspektləri və Vətən müharibəsindən sonrakı vəziyyət barədə geniş məlumat verdim”.
Xarici siyasət
18 Oktyabr , 2021 11:43
Ceyhun Bayramov: “Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”
Ceyhun Bayramov

“Görüş zamanı həmkarıma keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aspektləri və Vətən müharibəsindən sonrakı vəziyyət barədə geniş məlumat verdim”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Nazir bildirib ki, qətərli həmkarına Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatda əksini tapan müddaəlar barədə də məlumat verib: “Üçtərəfli bəyanatdan irəli gələn məsələlərlə bağlı hələ ki, konkret nəticələrin əldə edilməməsi təəssüf doğurur. Biz hələ ki, Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”.

Son xəbərlər

Orphus sistemi