Dövlət rəsmilərinin qarşılıqlı səfərləri ölkələrimizin ikitərəfli münasibətlərin möhkəmliyindən xəbər verir. Azərbaycanla Gürcüstan bir birinin təşəbbüslərini hər zaman dəstəkləyir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi görüşdən sonra keçirilən brifinqdə deyib
"Bizim üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan platforması mövcuddur. Bir sıra mühüm qərarlar qəbul edilib və bəzi mövzularda razılıq əldə edilib. Ölkələrimizin həyata keçirdiyi layihələr nəqliyyat, enerji təhlükəsizliyi baxımından çox vacibdir.
"Ölkələr arasında ticarət dövriyyəsi 900 milyon dollar olub ki, bu da ötən illə müqaisədə artıqdır. Azərbaycanın Gürcüstan üzərindən dünya bazarlarına neft, qaz boru kəmərləri keçir. Bu layihələr regionumuzun inkişafına böyük töhfə verir. Yaşıl enerji koridoru layihəsi də əsrin əhəmiyyətli layihələrindən sayıla bilər", - C.Bayramov bildirib.
Ceyhun Bayramov: Azərbaycanla Gürcüstan bir-birinin təşəbbüslərini hər zaman dəstəkləyir
Xarici siyasət
27 İyun , 2024
14:10
https://static.report.az/photo/fb65ae61-7c47-39d3-a394-20256af6535a.jpg
İngilis versiyası
FM: Azerbaijan and Georgia always support each other's initiatives