Ceyhun Bayramov: "Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir"

Ceyhun Bayramov: "Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir" “Strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlərə dair fikir mübadiləsi apardıq”
Xarici siyasət
10 Mart , 2021 13:02
Ceyhun Bayramov: Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir
Ceyhun Bayramov

“Strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlərə dair fikir mübadiləsi apardıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Xalqlarımız arasında olan münasibətlərin çox dərin tarixi kökləri mövcuddur. Hesab edirik ki, bu möhkəm zəmində formalaşmış münasibətlər sürətlə inkişaf edir. Biz məmnunluqla Azərbaycan-Macarıstan münasibətlərinin müxtəlif sahələr inkişafını müşahidə edirik”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi