Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası nümayəndələri ilə görüşüb Ceyhun Bayramov Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb
Biznes
25 May , 2021 23:14
Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası nümayəndələri ilə görüşüb
0 : 00
0 : 00

Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyini Mətbuat xidmətindən bildirilib.

Nazir görüşdə münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri barədə məlumat verib.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olunub və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.

Son xəbərlər

Orphus sistemi