Azərbaycan və Anqola XİN başçıları əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB
Azərbaycan və Anqola XİN başçıları əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİBCeyhun Bayramov Anqolanın xarici işlər naziri ilə görüşüb.
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirakı məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşüb.
Bu barədə "Report"a XİN-dən bildirilib.
Görüşdə Azərbaycanın xarici siyasət kursunda Afrika qitəsi ölkələri, o cümlədən Anqola ilə əməkdaşlığın önəmli vektorlardan birini təşkil etdiyi diqqətə çatdırılıb, Azərbaycan və Anqola arasında siyasi, iqtisadi, təhsil, humanitar, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Bu baxımdan, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və xarici siyasət qurumları arasında məsləhətləşmələrin keçirilməsinin faydalılığı qeyd edilib.
BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Anqola əməkdaşlığı məmnunluqla xatırlanıb.
Humanitar sahədə, xüsusilə təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması ilə əlaqədar iki ölkə arasındakı uğurlu əməkdaşlığın tarixi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Anqolalı tələbələrin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarında iştirakı məmnunluqla qeyd edilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
15:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Anqoladan olan həmkarı Tete Antonio ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Anqola arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Azərbaycan XİN başçısı qlobal problemlərin öhdəsindən gəlmək üçün müxtəlif ölkələri bir araya gətirən Qoşulmama Hərəkatının mühüm rolunu vurğulayıb.
On the sidelines of the 19th Summit of Heads of State and Government of the NAM, Foreign Minister of Azerbaijan @Bayramov_Jeyhun met with the Foreign Minister of Angola @Amb_Tete to discuss prospects of bilateral & multilateral cooperation between Azerbaijan and Angola . pic.twitter.com/a9O0cSgRLz