Ceyhun Bayramov amerikalı səfirlə görüşüb

Ceyhun Bayramov amerikalı səfirlə görüşüb Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib
Xarici siyasət
15 Fevral , 2021 21:07
Ceyhun Bayramov amerikalı səfirlə görüşüb

Azərbaycan Respublikasının Xarici işlər nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

Bu barədə "Report"a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi