“2022-ci ildə Azərbaycan-NATO əməkdaşlığı strateji əhəmiyyətini qoruyub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu il də NATO ilə təmaslar davam edib.
C. Bayramovun sözlərinə görə, il ərzində Azərbaycan vətəndaşları bir sıra nüfuzlu beynəlxalq qurumlarda icra komitəsinin üzvü və rəhbər şəxslərin müavini vəzifələrinə seçiliblər.