Çexiyanın təhsil və müdafiə nazirlərinin Azərbaycana səfəri gözlənilir

Çexiyanın təhsil və müdafiə nazirlərinin Azərbaycana səfəri gözlənilir Çexiya Azərbaycanla təhsil sahəsində anlaşma memorandumunun mətni üzərində işə başlamağı planlaşdırır
Xarici siyasət
23 Fevral , 2016 15:18
Çexiyanın təhsil və müdafiə nazirlərinin Azərbaycana səfəri gözlənilir

Bakı. 23 fevral. REPORT.AZ/ Çexiyanın təhsil, gənclər və idman naziri Katerina Valahova və müdafiə naziri Martin Stropnitskonun Azərbaycana səfəri gözlənilir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka məlumat verib.

O qeyd edib ki, hazırda nazirlərin səfərlərinin həyata keçirilməsi üzərində iş gedir. "Səfərlər ilin ilk yarısına planlaşdırılır", - deyə diplomat bildirib.

Səfir təhsil sahəsində əlaqələrin inkişafının Azərbaycan ilə Çexiya arasında ikitərəfli əməkdaşlıq üçün prioritet olduğunu vurğulayıb. V.Pivonka qeyd edib ki, Çexiya tərəfi Azərbaycan ilə təhsil sahəsində anlaşma memorandumunun mətni üzərində işə başlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi