Bakı. 20 aprel. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfirliyinin Viza Müraciət Mərkəzinin açılışı keçirilib. "Report"un məlumatına görə, mərasimdə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka iştirak edib.
V.Pivonka qeyd edib ki, mərkəzin açılışı Çexiyaya getmək istəyən Azərbaycan vətəndaşları üçün vizaların verilmə prosedurunu asanlaşdıracaq və çox guman ki, Azərbaycan turistlərinin bu ölkəyə axınının artmasına səbəb olacaq. Onun sözlərinə görə, ötən il Çexiya Azərbaycan vətəndaşları üçün 8,5 min viza verib.
Səfirliyin Viza Müraciət Mərkəzi
Sənəd qəbulu həftənin bazar ertəsindən cümə gününədək saat 09:00-dan 16:00-dək həyata keçiriləcək. Pasportların verilmə prosesi bazar ertəsindən cümə gününədək saat 11:00-dan 17:00-dək həyata keçiriləcək (nahar fasiləsi 13:00-dan 14:00-dək).
Mərkəz sənədləri yalnız qısamüddətli Şengen vizası üçün qəbul edəcək. Növbədənkənar viza almaq istəyənlər əvvəlki kimi Çexiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə müraciət etməlidir.
Viza Müraciət Mərkəzinin rəsmi saytı: